son dəqiqə SON DƏQİQƏ
Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat "Kəpəz"ə 6200 manatlıq Kadi Borgesin cəzası açıqlanıb, "Qarabağ" 3000 manat cərimələnib Millimizin üzvlərinə ABŞ-dən maraq "Sumqayıt"ın yetirməsi "Şimal"da "Gücümüzü I Liqaya yüksəlmək uğrunda mübarizədə görəcəyik" "Neftçi" nigeriyalı hücumçu ilə maraqlanır Millimizin üzvü "Şəmkir"də Bölgə klubunda yeni hücumçu Misli Premyer Liqasının "Kəpəz" - "Şamaxı" matçı ilə bağlı Peşəkar Futbol Liqası aparıcı idman qurumu ilə əməkdaşlığa başlayıb "Azərbaycan futboluna inam artsa..." Çempionatın qalibləri müəyyənləşib "Difai"dən "Gəncəbasar"a Avropa Çempionatı: 7 cüdoçumuz Monteneqroda mübarizəyə başlayır "Kəpəz"in futbolçuları üçün seminar

Peşəkar Futbol Liqası aparıcı idman qurumu ilə əməkdaşlığa başlayıb

Bölmə adı Digər
Yayımlandı Bu gün, 14:21

Azərbaycan Peşəkar Futbol Liqası ilə dünyanın aparıcı idman təhsili qurumlarından biri olan "Johan Cruyff Institute" arasında əməkdaşlığa başlanılıb.

Sport1.az xəbər verir ki, əsas məqsəd PFL əməkdaşlarının beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.

Tərəfdaşlıq çərçivəsində iştirakçılar institutun müxtəlif təhsil proqramlarından güzəştli şərtlərlə istifadə edə biləcəklər.

Eyni zamanda, əməkdaşlıq təcrübə proqramlarını, tərəflər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Ölkə futbolunda kadr potensialının inkişafına töhfə vermək istiqamətində mühüm əhəmiyyət daşıyan proqram idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik istiqamətlərində xüsusi təhsil imkanlarına da şərait yaradacaq.

Əməkdaşlıqla bağlı fikirlərini bölüşən PFL prezidenti Elxan Səmədov proqramın əhəmiyyətini qeyd edib:

"Peşəkar Futbol Liqası üçün beynəlxalq əməkdaşlıq futbolun inkişafına töhfə vermək istiqamətində səylərin mühüm hissəsidir və “Johan Cruyff Institute” ilə tərəfdaşlıq əməkdaşların peşəkar inkişafı baxımından mühüm imkanlar yaradır."

1999-cu ildən fəaliyyət göstərən "Johan Cruyff Institute" idmanı əhatə edən müxtəlif sahələrdə ixtisaslaşıb, 90-dan çox proqram təqdim edir və geniş beynəlxalq şəbəkəyə malikdir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR