son dəqiqə SON DƏQİQƏ
Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat "Kəpəz"ə 6200 manatlıq Kadi Borgesin cəzası açıqlanıb, "Qarabağ" 3000 manat cərimələnib Millimizin üzvlərinə ABŞ-dən maraq "Sumqayıt"ın yetirməsi "Şimal"da "Gücümüzü I Liqaya yüksəlmək uğrunda mübarizədə görəcəyik" "Neftçi" nigeriyalı hücumçu ilə maraqlanır Millimizin üzvü "Şəmkir"də Bölgə klubunda yeni hücumçu Misli Premyer Liqasının "Kəpəz" - "Şamaxı" matçı ilə bağlı Peşəkar Futbol Liqası aparıcı idman qurumu ilə əməkdaşlığa başlayıb "Azərbaycan futboluna inam artsa..." Çempionatın qalibləri müəyyənləşib "Difai"dən "Gəncəbasar"a Avropa Çempionatı: 7 cüdoçumuz Monteneqroda mübarizəyə başlayır "Kəpəz"in futbolçuları üçün seminar

"Gücümüzü I Liqaya yüksəlmək uğrunda mübarizədə görəcəyik"

Bölmə adı II Liqa / Manşet
Yayımlandı Bu gün, 15:52

"Demək olar ki, heyəti formalaşdırmışıq. Bundan sonra ehtiyac olarsa, bəlkə, komandaya futbolçu cəlb edə bilərik. Hazırda başqa oyunçu transfer etmək planımız yoxdur. Ən azı I dövrə bu futbolçularla mübarizə aparacağıq".

Bu sözləri Sport1.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə deyib.

Çalışdırıcı Azərbaycan II Liqasının 1-ci turunun "Hypers"lə matçından sonra görüşü dəyərləndirdi:

"Rəqibimiz çempionatda yeni komanda olsa da, çox döyüşkən mübarizə apardı. Bu, onların yoldaşıq görüşlərində göstərdikləri nəticədən də bəlli idi. I Liqa komandalarına qarşı çox yaxşı mübarizə aparmışdılar. Görüşün çətin keçəcəyini bilirdik. Gözlədiyimiz kimi də oldu. Dueli erkən bitirə bilərdik. Əgər ilk 15 dəqiqədə yaratdığımız qol epizodlarından yararlana bilsəydik, nəticə tam fərqli ola bilərdi. Hələ çempionatın əvvəlidir. Ola bilsin ki, futbolçularda müəyyən gərginlik də olsun. Bunu başa düşmək olar. Rəqibi göstərdiyi əzmkarlığa görə təbrik edirəm".

Quluzadə "Qaradağ Lökbatan"ın hədəfini bu sözlərlə dilə gətirdi:

"Özümüzü yaxşı komanda hesab edirik. Həm məşqçilərimizə, həm də futbolçularımızın keyfiyyətinə görə. İnşallah, gücümüzü I Liqaya yüksəlmək uğrunda mübarizədə görəcəyik. Hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR