SON DƏQİQƏ
Atletika üzrə milli komandamızın üzvlərinin növbəti qrupu qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərinə təlim-məşq toplanışına yollanıb.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının rəsmi hesabında paylaşım edilib.
Toplanış çərçivəsində idmançılar qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki, texniki və funksional hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçirlər.