"Neftçi" yay "transfer pəncərəsi"ndə heyətinə daha bir futbolçu cəlb etmək niyyətindədir.
Sport1.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" "Dandi Yunayted"in yarımmüdafiəçisi Viçko Şevellə maraqlanır.
Tərəflər xorvatiyalı oyunçunun transferində razılıq əldə ediblər.
Şotlandiya klubunun rəhbərliyi oyunçunun Bakıya gələrək tibbi müayinədən keçməsinə icazə verib.
Viçko dayaq yarımmüdafiəçisi olsa da, müdafiənin mərkəzində və sağında da oynamağı bacarır.