İdman dırmanması üzrə Avropa Çempionatı keçiriləcək.
Sport1.az xəbər verir ki, turnirdə böyüklərdən ibarət millimizin üzvləri Fransanın Laval şəhərində keçiriləcək turnirdə iştirak edəcəklər.
Yarışda Azərbaycanı Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər.
İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.
Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.