Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa Çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderlandla qarşılaşacaq.
Qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək və saat 18:30-da start götürəcək.
Xatırladaq ki, C qrupunun oyunlarına bu gün yekun vurulur.
Hazırda Belçika yığması 13 xalla liderdir.
Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür.
Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.