SON DƏQİQƏ
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ”ı məğlub edərək (4:1) növbəti mərhələyə yüksələn “Tvente”nin baş məşqçisi Con van den Brom oyun sonu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sport1.az xəbər verir ki, niderlandlı mütəxəssis ilk növbədə qələbəni şərh edib:
“Hər iki qarşılaşmaya kifayət qədər ciddi hazırlaşmışdıq. İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıqla bağlı idi. “Qarabağ”ın oyununu dəqiqliklə təhlil etmişdik və üzərində xüsusi çalışmışdıq. Elə bu hazırlığın sayəsində də lazımi nəticəni əldə etdik. Rəqibin qolundan sonra oyuna yanaşmamızı daha da ciddiləşdirdik. Futbolçular tez bir zamanda toparlandılar və meydandakı üstünlüyü ələ alaraq istədiyimiz qələbəni qazandıq”.
Xatırladaq ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna iki oyunun nəticəsinə görə (1:0, 1:4) məğlub olaraq turnirdə mübarizəni dayandırıb.