son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

“Köhlən atlar”dan iki yeni transfer

Bölmə adı Qarabağ
Yayımlandı Dünən, 22:23

“Qarabağ” transfer pəncərəsində növbəti addımlarını ataraq iki yeni futbolçunun keçidini elan edib.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi nigeriyalı hücumçu Taofik İsmahil və almaniyalı vinger Reda Xadra ilə anlaşıb.

Polşanın “Qurnik” (Zabje) klubundan heyətə qatılan 26 yaşlı forvard Taofik İsmahil ilə 3 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 19 nömrəli geyimlə çıxış edəcək. Nigeriyalı futbolçu karyerası ərzində “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, “Loryan”, “Beveren” və “Lex” kimi komandaların da şərəfini qoruyub.

Ağdamlıların digər yeni transferi Reda Xadranın son dayanacağı isə Fransanın “Reyms” klubu olub. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə “2+1” il müddətinə müqavilə bağlanıb. O, “Qarabağ”da 10 nömrəli formanı geyinəcək. Dortmund “Borussiya”sının yetirməsi olan almaniyalı vinger əvvəllər “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr” kimi klublarda oynayıb, həmçinin Almaniyanın U-18 və U-21 yığmalarının şərəfini qoruyub.

Qeyd edək ki, Reda Xadra və Taofik İsmahil “Qarabağ”ın cari yay transfer pəncərəsində reallaşdırdığı 9-cu və 10-cu keçidlərdir. Bunadək komanda Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkisi də heyətinə cəlb etmişdi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR