Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək.
Sport1.az xəbər verir ki, bir gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından taekvondoçular mübarizə aparacaqlar.
Turnirdə 2009-2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.
Gənc oğlanlar: 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq
Gənc qızlar: 44 kq, 49 kq, 55 kq, 63 kq, +63 kq