son dəqiqə SON DƏQİQƏ
Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ● Eldar Zülfüqarov beynəlxalq turnirin görüşlərini idarə edəcək ●

Lazımsız yerdə tələsən AFFA - REPLİKA

Bölmə adı Yazı / Manşet
Yayımlandı 28-08-2026, 14:39

"Qarabağ"ın "Tvente"yə məğlub olması bəziləri üçün faciəyə, digərləri üçün sevincə çevrilib.

AFFA-nın hansında olduğunu bilmirik. Amma görünür, "Tvente" məğlubiyyəti federasiyanı yaman çaş-baş salıb. Qarşılaşma hələ başa çatmayıb, əlavə vaxt oynanılır. AFFA-nın rəsmi sosial şəbəkə hesabında isə artıq "Qarabağ"ın mübarizəni dayandırması ilə bağlı paylaşım edilir.

Ola bilər. Tutaq ki, texniki səhvdir. Amma sual başqadır. Hara tələsirsən, AFFA? Rəsmi qurumun sosial şəbəkə hesabı niyə xəbər saytı kimi davranır? Nədir bu tələskənlik? "Qarabağ"ın uğursuzluğunun nəticəsini hamıdan əvvəl paylaşmağa niyə bu qədər can atırsınız? Bəlkə AFFA-da kimsə Ağdam təmsilçisinin mübarizəni dayandırmasına sevinir?

Yox, buna inanmaq istəmirik. Yəqin ki, sadəcə diqqətsizlikdir. Amma belə səhv ölkə futbolunun əsas qurumunun rəsmi səhifəsində baş verəndə sual yaranır.

Çünki AFFA-nın işi "Qarabağ"ın nə vaxt uduzacağını gözləmək deyil. Ölkə futbolunda görüləsi iş kifayət qədərdir. İnfrastruktur problemləri var. Uşaq futbolunun inkişafına ehtiyac var. Regionlarda futbol canlanmalıdır. Hakimliklə bağlı narazılıqlar illərdir bitmir. Klubların məşq keçməsi, futbolçuların yetişməsi üçün normal şərait yoxdur.

AFFA bütün enerjisini bunlara yönəltməlidir. Federasiyanın Media Departamenti də görülən işləri ictimaiyyətə çatdırmağa can atmalıdır. "Qarabağ"ın məğlubiyyətini hamıdan əvvəl paylaşmağa yox.

AFFA-nın Media Departamentində bir müddət əvvəl dəyişikliklər oldu. Deyilənə görə, SMM xidməti də şirkətə həvalə edilib. Yəqin orada çalışanlar rəhbərliyə özlərini yaxşı göstərmək istəyiblər. Ya da "Qarabağ"ın oyununun nəticəsindən bir az hayp, bir az da layk yığmaq fikrinə düşüblər.

Onda sizə bir məsləhət. 15 yaşlı qızlardan ibarət millimizin Rusiyaya 13:0 hesabı ilə uduzduğu oyunun posterini paylaşın. Bütün ölkə həmin paylaşımı axtarır.

İndi əsl vaxtıdır. Paylaşın! Hayp da yığarsınız, layk da.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR