son dəqiqə SON DƏQİQƏ
Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ● Eldar Zülfüqarov beynəlxalq turnirin görüşlərini idarə edəcək ●

Qavalayaq! - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 28-08-2026, 12:49

Dərdimiz böyükdür. Bütün ölkədə matəmdir. “Qarabağ” dünən “Tvente”yə uduzdu. Ardıcıl 13-cü mövsüm avrokuboklara vəsiqə qazana bilmədi.

“Qavalayaq” söhbətini xatırlayanlar bilər. Rövnəq Abdullayev vaxtilə Berti Foqtsla bağlı bu ifadəni işlətmişdi. O vaxt Azərbaycan futbolu həqiqətən ağır vəziyyətdə idi. Klublarımız 2-3 təsnifat mərhələsindən sonra avrokuboklarla vidalaşırdı.

“Qarabağ” “Tvente”ni keçə bilmədi? Vəssalam! Günahkarlar bəllidir!

Qurban Qurbanov? Qavalayaq! Tahir Gözel? O da gəlsin! Emrah Çelikel? Sıramızda üçüncüdür!

Baho! Dünyanın sonudur! "Qarabağ" avrokuboklardan kənarda qaldı! Hamısını qavalayaq!

Qurban Qurbanov 18 ildir “Qarabağ”ın başındadır. Ardıcıl 12 mövsüm komandanı avrokuboklara daşıyıb. Azərbaycan futbolunun tarixində böyük uğurlara imza atıb. Amma “Tvente”ni keçə bilmədi. Deməli, məşqçi deyil. Futboldan başı çıxmır. Qocalıb!

Tahir Gözel illərdir klubu borcsuz idarə edir, büdcəni nəzarətdə saxlayır. Kamilo Duranı 6, Leandro Andrade­ni 3 milyon avroya satdı. Deməli, günahkardır. Xəsislik edir. “Qarabağ”ı qazanc yeri kimi görür.

Emrah Çelikel­dən heç danışmayaq. Niyə futbolçu tapa bilmir? Toral Bayramov gedib, Kamilo Duran və Leandro Andrade satılıb. Niyə qazanılan milyonların qarşılığında normal oyunçular transfer edilmir?

Siz həqiqətən yaxşısınız? Bir məğlubiyyətə görə “Qarabağ”ı və orada çalışanları xalq düşməni elan etməyin səbəbi nədir?

“Qarabağ” yayda 10 yeni futbolçu transfer edib. Yəni, komanda kifayət qədər güclənib. Amma yox! Biz Almaniya, İspaniya, Fransayıq axı! Hər gedənin yerinə 5-10 milyon avroluq futbolçu gətirilməlidir. Gətirmədinsə, Qurban, Tahir, Emrah işini bilmir!

Gəlin, bir az da reallığa baxaq. 2-3 milyon manat “Şamaxı”nın, “Kəpəz”in illik büdcəsidir. Ölkənin stadionlarında işıqlandırma sistemi yoxdur. Çempionatda üç komanda arena tapa bilmədiyi üçün başqa şəhərdə oynayır. Bu ölkədə kollektivlərin məşq keçməsi üçün normal meydança yoxdur, ay camaat!

Amma bütün bunların günahkarı Tahir Gözel, Qurban Qurbanov və Emrah Çelikeldir. Nə gözəl futbol ölkəsiyik.

Sabiq deputat Etibar Vəliyev Qurban Qurbanovdan yaxşı məşqçidir. Kimya müəllimi Vurğun Tahir Gözel­dən yaxşı klub idarə edir. Adsız yüksəkliklərdə qoyun otaran Məlikməmməd isə Emrah Çelikeldən daha yaxşı transfer edir.

Belə çıxır ki, “Qarabağ”ı idarə etmək çox asandır. Sadəcə, hələ bu üç mütəxəssisə fürsət verilməyib.

Ən qəribəsi isə budur. “Qarabağ”ın uğurları artıq bizə adi gəlir. Avropaya getməyi, böyük klublarla oynamağı normal qəbul edirik. Bir dəfə yolun kənarında qalanda isə 18 illik işin üstündən xətt çəkirik.

Qavalayaq!

Qurbanı da, Tahiri də, Emrahı da...

Sonra nə olacaq?

Yenə bir neçə il əvvəlki günlərə qayıdacağıq. “Qarabağ” 2-3 mərhələdən sonra avrokuboklarla vidalaşacaq. Biz də oturub deyəcəyik ki, niyə belə oldu?

Bəlkə o vaxt anlayarıq ki, problem bir oyunda yox, uğuru normal qəbul edib uğursuzluğu faciəyə çevirməyimizdə imiş.

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR