Bu gün İsveçrədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Sport1.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz mübarizə aparacaq.
Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.
Qadınlar
-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Madina Qurbonzoda
Leyla Əliyeva - Rin Takeuçi
Kişilər
-60 kq, 1/16 final
Əhməd Yusifov - David Naji / Loiq Kudbudinov cütünün qalibi ilə
-66 kq, 1/32 final
Turan Bayramov - Lenni Şeynfeld
-66 kq, 1/16 final
Ruslan Paşayev - Suxrob Boqiyev