AFFA prezidenti "Sabah"ı təbrik edib

Bölmə adı Sabah
Yayımlandı Dünən, 09:57

AFFA-nın prezidenti Rövşən Nəcəf "Sabah" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Sport1.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Sabah" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR