"Qarabağ"ın prezidenti Tahir Gözel "Sabah"ı UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin rəhbəri bu oyunu Tofiq Bəhramov adına Respublika Stadionundan izləyib.
O, görüşdən sonra "köhlən atlar"ın mətbuat xidmətinə açıqlama verərək paytaxt klubuna Liqa mərhələsində uğurlar arzulayıb:
"Sabah" Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. "Sabah" Futbol Klubuna "Qarabağ" Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm".