UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start verilib.
Sport1.az xəbər verir ki, Azərbaycan çempionu "Sabah" doğma azarkeşlər önündə "Hapoel"i (Beer-Şeva) darmadağın edərək tarixi zəfərə imza atıb.
Yay "transfer pəncərəsi"ndə "Qarabağ"dan "Seltik"ə gedən Kamilo Duranın komandası turnirlə vidalaşıb.
Cütlərin qalibləri mübarizəni turnirin Liqa mərhələsində, məğlub olan kollektivlər Avropa Liqasının əsas raundunda davam etdirəcəklər.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
"Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail) 5:2 (ilk oyun - 1:2)
LASK (Avstriya) - "Seltik" (Şotlandiya) 5:1 (ilk oyun - 0:3)
"Büdo-Qlimt" (Norveç) - NEK (Niderland) 3:0 (ilk oyun - 3:1)