13 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Fransada keçiriləcək "Euro Mini Champs" turnirində iştirak edəcək.
Sport1.az xəbər verir ki, yarış avqustun 28-də Şiltinheym şəhərində başlayacaq.
Heyətdə Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə yer alıblar.
İdmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında çıxış edəcəklər.
Kiçik Avropa Çempionatı adlandırılan və sayca 20-ci olan turnir avqustun 31-də başa çatacaq.
Stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışda bürünc medal qazanıb.