U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 13:18

Bakıda keçirilən U-17 Dünya Çempionatında çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında təsnifat mərhələsinin görüşləri keçirilib.

Sport1.az xəbər verir ki, Elcan Həsənov (60 kq) Ukrayna təmsilçisi Kiril Nahırnıya birinci təsnifat mərhələsində 3:1, ikinci mərhələdə isə 3:0 hesabı ilə qalib gəlib.

Nihad Süleymanlı (80 kq) Qazaxıstan təmsilçisi Daniyar Beysənkulu hər iki təsnifat görüşündə məğlub edib (3:1, 3:0).

Elgün Kərimli (90 kq) Azərbaycan təmsilçisi Elvin Hacıquluzadəyə qarşı keçirilən hər iki təsnifat görüşündən 3:1 hesablı qələbə ilə ayrılıb.

Gülnar Ağadadaşova (45 kq) Nərgiz Adilovaya qarşı keçirilən ikinci təsnifat mərhələsinin görüşündə 2:2 hesablı nəticə əldə edib.

Üçüncü mərhələdə Ağadadaşova 3:2 hesabı ilə qalib gəlib. İlk görüşdə Nərgiz Adilova 3:1 hesabı ilə üstün olub.

Günel Kərimli (55 kq) Seneqal təmsilçisi Elisabet Diattaya ilə üç təsnifat görüşü keçirib.

İlk görüşdə 0:4 hesabı ilə məğlub olan Kərimli ikinci qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Üçüncü görüşdə isə 0:5 hesabı ilə uduzub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR