UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, qarşılaşma albaniyadan olan referilərə həvalə olunub.
Xatırladaq ki, matç avqustun 20-si, saat 22:00-da start götürəcək.
UEFA Konfrans Liqası. Pley-off mərhələsi (ilk oyun)
22:00 "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Juxin Xaja
Köməkçi hakimlər: Rejdi Avdo, Mario Şazivari
Dördüncü hakim: Emanuela Rusta
VAR: Canluca Aureliano
AVAR: Albert Doda