II Liqada yarışan "Şəmkir" bütün futbolçularla bağlanmış müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib.
Sport1.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin sosial şəbəkə hesabı ilə məlumat yayılıb.
Klubun yeni mövsümlə bağlı planları və formalaşacaq heyəti barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.