son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ● Avropa Çempionatı başa çatdı: 10 idmançımız Türkiyədə medal qazandı ● "Klubda belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik" ● "Dünya futbolunda da olan hallardır, bunu düşünüb oyuna hazırlaşmışdıq" ● "Dalğa Arena"da qolsuz heç-heçə ● "Həm birinci, həm də ikinci qolda səhvlərimiz oldu" ● "Şamaxı"ya sürpriz etmək istəyirdik" ● "Şamaxı"nın seriyası Yevlaxda qırıldı ● "İmişli" "Şamaxı"nı məğlub edib, Mərdəkanda "sülh" qeydə alındı ●

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisinin Avropa xəyalı - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-04-2025, 13:39

Misli Premyer Liqasının 32-ci turunda "Səbail" "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.

Naxçıvan təmsilçisinin üzvü Miço Kuzmanoviç görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Asan oyun kimi görsənsə də, bizim üçün çox çətin keçdi. Rəqib liqada sonuncu olmasına rəğmən, yaxşı kollektivə sahibdir. Düşünürəm ki, ilk hissədə əlavə 1 qol vursaydıq, hər şeyi kökündən həll edə bilərdik. Oyun-oyun iləriyə doğru addımlayırıq. Önümüzdə daha 4 matç var. Hazırda fikrimizi tamamilə bu görüşlərə fokuslamışıq."

Yarımmüdafiəçi gələn mövsüm avrokuboklara iştirak etmək istədiklərini bildirdi:

"Hələ nə isə demək üçün tez olsa da, ümidlərimiz böyükdür. Gələn mövsüm əsas hədəflərimizdən biri Avropada uğurlu olaraq Naxçıvanı gözəl təmsil etməkdir. Lakin bunun üçün də növbəti matçlarda qələbə qazanıb, özümüzü isbat etməliyik. Ümid edirəm son 4 oyun və gələn mövsüm hər şey bizim adımıza çox yaxşı olacaq."

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR