son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

“Dinamo”nun baş məşqçisi: “Bu, oyunu daha da maraqlı edəcək”

Bölmə adı Konfrans Liqası
Yayımlandı 12-08-2026, 18:27

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk olaraq paytaxtımız və ölkəmiz haqqında fikirlərini bölüşüb:

“Şəhəriniz və insanlarınız bizdə çox müsbət təəssürat bağışladı. Azərbaycanın ölkəmizə verdiyi dəstəyi addımbaşı hiss edirik”.

Kostyuk “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun komandadakı uzunmüddətli işini də yüksək qiymətləndirib:

“Qurban Qurbanov illərdir bu klubun sükanı arxasındadır. O, artıq özünəməxsus oyun dəsti-xətti formalaşdırıb. Komanda mütəmadi olaraq beynəlxalq turnirlərdə çıxış edir və yetərincə avrokubok təcrübəsinə sahibdir. Zənnimcə, bütün bu amillər sabahkı görüşü daha maraqlı və gərgin edəcək”.

O, komandadakı zədəli və cəzalı futbolçularla bağlı məsələyə də toxunub:

“Heyətdəki itkilər birinci qarşılaşmadakı kimidir. Yeni bir kənarlaşma və ya zədəlimiz yoxdur”.

Qeyd edək ki, “Qarabağ” Ukraynada tutulan ilk matçda “Dinamo”ya minimum hesabla məğlub olub (0:1). Tərəflər arasında cavab qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR