son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

"Zədələnərək sıradan çıxması "Qarabağ" üçün böyük itkidir"

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 12-08-2026, 17:41

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ" sabah vacib oyuna çıxacaq.

Qurban Qurbanovun komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.

Görəsən, Ağdam təmsilçisi pley-offa vəsiqə qazana biləcək?

Yeni transferlər komandaya güc qata biliblər?

Suallarımızı Azərbaycan millisinin sabiq üzvü Elman Sultanova ünvanladıq.

Mütəxəssis Sport1.az-a açıqlamasında rəqibin üstünlüyündən danışdı:

"Hazırkı nəticəyə əsasən, üstün tərəf Ukrayna təmsilçisidir. "Qarabağ" sabah doğma azarkeşlər önündə oynayacaq. İnşallah, sevinən tərəf təmsilçimiz olar".

Ekspert "köhlən-atlar"ın yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etdiyi futbolçulardan da söz açdı:

"Onların komandaya uyğunlaşması üçün zaman lazımdır. Məncə, gələn oyunçular keyfiyyət cəhətdən gedənlərdən heç də geri qalmırlar".

Elman Sultanov ÇSKA (Sofiya) ilə matçda zədələnən Zakaria Savo barədə də fikirlərini bölüşdü:

"Yaxşı futbolçudur. Zədələnərək sıradan çıxması "Qarabağ" üçün böyük itkidir. Yoxluğu Polşadakı matçda özünü göstərdi".

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" (Kiyev) dueli sabah saat 20:00-da baş tutacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR