son dəqiqə SON DƏQİQƏ
"Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ●

"Sabah"ın sərgilədiyi futbol əsas mərhələyə vəsiqə qazanmalarına imkan verir" - AÇIQLAMA

Bölmə adı Sabah / Manşet
Yayımlandı 12-08-2026, 16:51

UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" turnirdə uğurlu çıxışını davam etdirir.

"Bayquşlar" III təsnifat mərhələsinin cavab oyununda "Orhus"u 4 cavabsız qolla məğlub edərək adını pley-off mərhələsinə yazdırdı.

Görəsən, mövcud heyət yarışın əsas mərhələsi üçün kifayət edir?

Masazır təmsilçisi "Hapoel"i (Beer-Şeva, İsrail) də məğlub etmək gücdədir?

Suallarımızı veteran futbolçu Füzuli Məmmədova ünvanladıq.

Mütəxəssis Sport1.az-a açıqlamasında öncə dünənki matçdan söz açdı:

"Orhus" ilk dueldə güclü komanda olduğunu göstərdi. Lakin "Sabah"ın futbolçularının və məşqçilər korpusunun daha keyfiyyətli olduğunu bilirdik. İnanırdım ki, təmsilçimiz Bakıdakı oyunda qələbə qazanacaq.

"Sabah" UEFA Çempionlar Liqası çərçivəsində oynadığı bütün matçlarda qələbə qazandı. Sadəcə bir oyunda uduzdu. Pley-offdakı rəqib daha güclüdür. "Sabah"ın sərgilədiyi futbol onların əsas mərhələyə vəsiqə qazanmalarına imkan verir".

Mütəxəssis "bayquşlar"ın baş məşqçisi haqqında da fikirlərini bölüşdü:

"Valdas Dambrauskas ilk ilində həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi oldu. Onun komandası avrokuboklarda da çox yaxşı nəticə göstərir. Məncə, davamı daha uğurlu olacaq. İsrailin "Hapoel" komandası çox güclüdür. Oyun çətin keçəcək. "Sabah" bu rəqibi də üstələyəcək gücdədir. Təmsilçimizə uğurlar arzu edirəm".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR