son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

İvan Lepinitsa: “Mərhələni adlayan tərəf olacağımıza inanırıq”

Bölmə adı Sabah / Çempionlar Liqası
Yayımlandı 10-08-2026, 20:24

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu qəbul edəcək “Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa qarşılaşmadan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, xorvatiyalı futbolçu komandanın hazırlığı və şansları barədə bunları dedi:

“Danimarkada həqiqətən yaxşı futbol oynadıq. Rəqib cərimə meydançasından kənardan əldə etdiyi iki epizoddan maksimum yararlandı, oyun boyu başqa təhlükəli imkanları da olmadı. Səfər matçına yaxşı hazırlaşmışdıq, Bakıdakı görüşə isə daha yüksək səviyyədə köklənmişik. Özümüzə güvənirik. Mübarizənin 90 dəqiqə və ya əlavə vaxta uzanmasından asılı olmayaraq, mərhələni adlayan tərəf olacağımıza inanırıq”.

​– Komandanın start heyətində yer alacağınız gözlənilir. Yarımmüdafiənin mərkəzində kiminlə yan-yana oynamaq sizin üçün daha rahatdır?

– Uzun müddətdir birgə oynadığım komanda yoldaşımla mübarizə aparmaq daha rahat olardı, lakin heyəti baş məşqçi müəyyənləşdirir. Meydanda kimin olmasından asılı olmayaraq, öz oyunuma və kollektivin ümumi tapşırıqlarına köklənirəm. Futbolçular arasında yaxşı anlaşma və “kimya”nın olması bizim üçün əlavə üstünlükdür.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR