"Araz-Naxçıvan" Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb.
Sport1.az xəbər verir ki, futbolçu 2026/27-ci illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
33 yaşlı sol cinah müdafiəçinin son klubu "Sabah" olub.
O, müxtəlif illərdə "Kozara Qradişka", "Borac Şamaç", "Velej Mostar", "Karvina", "Sarayevo", "Radniçki Niş" və "Mirandeş"də də forma geyinib.
