Misli Premyer Liqasının 2026/27 mövsümünün I turunun oyun cədvəli açıqlanıb.
Sport1.az xəbər verir ki, turun bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciətini, "Kəpəz" klubunun rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.
Misli Premyer Liqası. I tur
14 avqust (cümə)
"Turan Tovuz" - "Qəbələ"
Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
"Araz-Naxçıvan" - "İmişli"
Qəbələ şəhər stadionu, 18:30
"Sabah" - "Kəpəz"
"Bank Respublika Arena", 20:45
16 avqust (bazar)
"Sumqayıt" - "Neftçi"
"SOCAR Polymer Arena", 19:00
"Zirə" - "Şəfa"
Zirə İdman Kompleksinin stadionu, 21:00
17 avqust (bazar ertəsi)
"Qarabağ" - "Şamaxı"
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30