"Qarabağ" Pedro Bikalyo üçün edilən növbəti təklifi rədd edib.
Sport1.az xəbər verir ki, "Botafoqo" (Braziliya) onu 1,5 milyon dollara heyətinə cəlb etmək istəyib.
Ağdam təmsilçisi buna da "yox" cavabı verib.
Buna qədər "köhlən-atlar" "Rubin"in (Rusiya) yarımmüdafiəçi üçün 2,5 milyon dollarlıq təklifini geri çevirib.
Bikalyo karyerası ərzində ölkəsinin "Kruzeyro", "Palmeyras", "Vitoria" (icarə əsasında), Portuqaliyanın "Santa Klara", "Alverka" klublarında forma geyinib.