SON DƏQİQƏ
Rahil Məmmədovun yeni komandası bəlli olub.
Sport1.az xəbər verir ki, müdafiəçi "Turan Tovuz"la razılaşıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Millimizin üzvü ilə "1+1" illik müqavilə bağlanıb.
Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.