son dəqiqə SON DƏQİQƏ
"DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ● Avropa Çempionatı başa çatdı: 10 idmançımız Türkiyədə medal qazandı ● "Klubda belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik" ● "Dünya futbolunda da olan hallardır, bunu düşünüb oyuna hazırlaşmışdıq" ● "Dalğa Arena"da qolsuz heç-heçə ● "Həm birinci, həm də ikinci qolda səhvlərimiz oldu" ●

Qurban Qurbanovun “11-liy”i

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-04-2025, 09:31

Qurban Qurbanov baş məşqçi kimi 11-ci dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Sport1.az xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 53 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 12 ildə qazanıb. 11-ci titul Misli Premyer Liqasının XXXII turunda təmin olunub.

Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı kimi tarixə düşüb.

Ümumiyyətlə, 11 baş məşqçi Azərbaycan çempionatının qızıl medalını qazanıb. Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07.

Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.

Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə yeganə çempionluğunu qeyd edib.

Müəllif: Sport1.az