son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

Azərbaycan klubu Hulku transfer etdiyi açıqladı - SON DƏQİQƏ

Bölmə adı I Liqa
Yayımlandı 9-08-2026, 13:20

“Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirərək heyətinə dörd əcnəbi futbolçu cəlb edib.

Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla "1+1" illik müqavilə imzalayıb. Braziliyalı forvard yeni mövsümdə "99" nömrəli forma ilə çıxış edəcək.

“Səbail”in digər transferi Portuqaliyanın “Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu Portuqaliya təmsilçisinin ikinci komandasının heyətində keçirdiyi 79 oyunda 15 qol vurub. Forvard "Səbail"də "9" nömrəli formanı geyinəcək.

Paytaxt təmsilçisi son olaraq Lüksemburqun “Dudelanj” klubunda çıxış etmiş Aldo Josue Qomes Soaresi - Dinhonu heyətinə qatıb. 26 yaşlı hücumçu ötən mövsüm 22 qarşılaşmada 7 dəfə fərqlənib. O, “Səbail”də "80" nömrəli forma ilə çıxış edəcək.

Komandanın daha bir yeni transferi ötən mövsümü “Şahdağ Qusar”da keçirən Peter Agblevordur. 23 yaşlı futbolçu ilə də "1+1" illik müqavilə imzalanıb. Agblevor yeni mövsümdə "22" nömrəli formanı geyinəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR