"Rubin" (Kazan) "Qarabağ"ın legioneri ilə maraqlanır.
Sport1.az UOL nəşrinə istinadən xəbər verir ki, söhbət braziliyalı Pedro Bikalyodan gedir.
Rusiya klubu yarımmüdafiəçi üçün Ağdam təmsilçisinə 2,5 milyon ABŞ dolları təklif edib.
Pedro iyunda "köhlən-atlar"la müqaviləsini 3 il müddətinə qədər uzadıb.
"Qarabağ" "Rubin"in təklifini nəzərdən keçirir.
Buna qədər "Botafoqo" da Bikalyonun xidmətində maraqlı idi.
Braziliya klubu onun keçidi üçün 1,5 milyon dollar təklif edib.
Lakin "Qarabağ" tərəfi bununla razılaşmayıb.