Millimizin üzvü “Ərzurumspor”da

Bölmə adı Türkiyə
Yayımlandı 7-08-2026, 23:23

Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ilə müqavilə imzalayıb.

Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru”dan icarəyə götürülüb.

İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin icarə müddətinin sonunda Nəriman Axundzadəni birdəfəlik transfer etmək hüququ da var.

Qeyd edək ki, Nəriman Axundzadənin MLS klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR