son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

“Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 6-08-2026, 18:16

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən ölkənin futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində növbəti görüşlər “Şamaxı” və “Qəbələ” akademiyalarında təşkil olunub.

Sport1.az xəbər verir ki, təlimlər AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, Eyeball platforması üzrə layihə meneceri Ziya Əskərov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov tərəfindən keçirilib.

Proqram çərçivəsində məşqçilərlə AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modeli, futbol akademiyalarında vahid inkişaf modelinin tətbiqi, Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun hazırlanması və dünya səviyyəli futbolçuların yetişdirilməsi prinsipləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlim zamanı 5 Ulduz Akademiya İnkişaf Modelinin məqsədi, qiymətləndirmə meyarları, tətbiq mexanizmi və akademiyaların uzunmüddətli inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

Sessiyalarda həmçinin futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişləri, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, eləcə də akademiyanın bütün yaş kateqoriyalarında vahid məşq və oyun terminologiyasının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub.

Futbolçu inkişafının planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuş Eyeball platformasının təqdimatı keçirilib. Təqdimat zamanı platformanın əsas funksiyaları, akademiyalarda tətbiq imkanları, oyunçu inkişafının rəqəmsal mühitdə izlənilməsi və idarə olunmasına verdiyi üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Təlim proqramı qarşıdakı dövrdə də ölkənin müxtəlif futbol akademiyalarında və kiçik futbol məktəblərində davam etdiriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR