son dəqiqə SON DƏQİQƏ
"Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ●

Şahin Diniyev: "Sabah"ın 2-ci hissədə göstərdiyi oyun uğurlu nəticə qazanmağa ümid verir"

Bölmə adı Sabah / Manşet
Yayımlandı 6-08-2026, 16:19

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu Danimarkada keçirdi.

"Bayquşlar" səfər matçında "Orhus"a uduzdu - 1:2.

Görəsən, təmsilçimizin məğlubiyyətinin əsas səbəbi nə ilə əlaqələndirilir?

Masazır təmsilçisi qitənin birinci dərəcəli klub turnirinin pley-offuna vəsiqə qazana bilər?

Suallarımızı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevə ünvanladıq.

Veteran futbolçu Sport1.az-a açıqlamasında öncə "Sabah"ın çox yaxşı oyun sərgilədiyini söylədi:

"Matçda dinamika və sürət var idi. Meydançanın hər qarışı uğrunda mübarizə gedirdi. 2 fərqli komanda mübarizə aparırdı. Biri gənclərdən ibarət Danimarka komandası, digəri təcrübəli futbolçulardan təşkil olunmuş və oyununu bilən Azərbaycan təmsilçisi".

Mütəxəssis qarşılaşmanın hakimindən də söz açdı:

"Sabah" mərkəzdə bir neçə səhvə yol verdi və rəqib də bundan istifadə etdi. Bu da futbolun gözəlliyidir. Səhv etməsən, qol vurulmur. Hakim qarşılaşmanı yüksək səviyyədə idarə etdi".

Şahin Diniyev Valdas Dambrauskasın komandasının növbəti raunda yüksəlmək şanslarını da dəyərləndirdi:

"Sabah"ın vurduğu bir qol onlara Bakıda çox kömək olacaq. Səviyyə baxımından təmsilçimiz bir addım öndədir. "Orhus"da gənclər çoxdur. Məncə, "Sabah"ın 2-ci hissədə göstərdiyi oyun uğurlu nəticə qazanmağa ümid verir. Növbəti mərhələyə yüksəlmək şansımız çoxdur".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR