UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk matçları keçirilib.
Sport1.az xəbər verir ki, üçüncü oyun günündə daha 10 qarşılaşma baş tutub.
"Sabah"ın potensial rəqiblərinin duelində Portuqaliya nəhəngi "Benfika" Şotlandiya təmsilçisi "Harts"ı sınağa çəkib.
Portuqaliya təmsilçisi rəqibini 6:1 hesabı ilə darmadağın edib.
"Beşiktaş" isə səfərdə Çexiya təmsilçisi "Hradeç Kralove" ilə üz-üzə gəlib.
Oyun İstanbul klubunun minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Azərbaycanlı futbolçu Murad Məmmədovun komandası "Pafos" Avstriya səfərinə yollanıb.
UEFA Avropa Liqası. III təsnifat mərhələsi (ilk oyunlar)
19:00 "KuPS" (Finlandiya) - "Universitatya" (Krayova, Rumıniya) 1:1
20:00 "Yagelloniya" (Polşa) - "Reyncers" (Şotlandiya) 2:1
20:00 "Makkabi" (Təl-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) 0:3
21:00 "Hradeç Kralove" (Çexiya) - "Beşiktaş" (Türkiyə) 0:1
21:00 "Lex" (Poznan, Polşa) - "Kİ Klaksvik" (Farer adaları) 1:0
21:00 "Linkoln" (Cəbəllütariq) - "Omoniya" (Kipr) 1:1
21:00 "Zalsburq" (Avstriya) - "Pafos" (Kipr) 1:0
21:45 PAOK (Yunanıstan) - "Anderlext" (Belçika) 0:1
22:00 "Tun" (İsveçrə) - "Vikinqur" (İslandiya) 3:0
23:00 "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) 6:1