son dəqiqə SON DƏQİQƏ
"Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ●

Bu şəxs Rahid Əmirquliyevin yenidən "Səbail"ə keçməyinə səbəb olub - AÇIQLAMA

Bölmə adı I Liqa
Yayımlandı 5-08-2026, 13:36

Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev 2026/27 mövsümündən etibarən yenidən "Səbail"də çıxış edəcək.

36 yaşlı futbolçunun son klubu "Şahdağ Qusar" olub.

Görəsən, təcrübəli oyunçu hansı səbəbdən məhz yenidən "Səbail"lə anlaşdı?

2025/26 mövsümündə Premyer Liqaya yüksələ bilməyən klubun builki hədəfi nə olacaq?

Əmirquliyev Sport1.az-a açıqlamasında I Liqa təmsilçisinin çempionluğa oynayacağını bildirdi:

"Şahdağ Qusar"dan ayrıldıqdan sonra "Səbail"dən təklif aldım. Klubun rəhbərliyi ilə danışdıqdan sonra müqavilə imzalamaq qərarına gəldim. "Səbail" yeni mövsüm iddialı olacaq, inşallah. Hədəf çempionluqdur. İstəyirik ki, birinci olaq və Premyer Liqaya vəsiqə qazanaq".

O, "Şahdağ Qusar"dan hansı səbəbdən ayrıldığını və "Səbail" rəhbərliyi ilə münasibətindən də söz açdı:

"Şahdağ Qusar" rəhbərliyi ilə fikir ayrılığı yaşandığı üçün klubdan ayrıldım. "Səbail" rəhbərliyi ilə çox yaxşı münasibətim var. Klubun yeni prezidentini şəxsən tanıyıram. Birlikdə "Şahdağ Qusar"da da çalışmışdıq. Bizə çox dəstək olmuşdu. "Səbail"ə gəlməyimdə də Mirzə Bayrampurun rolu var".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR