"İmişli" heyətinə daha bir cəlb edib.
Sport1.az xəbər verir ki, klub müdafiəçi Əkbər Eyubovu icarə əsasında heyətinə qatıb.
20 yaşlı futbolçu 2026/27 mövsümünün sonuna qədər bölgə klubunun formasını geyinəcək.
O, 2025/26 sezonunu icarə əsasında "Mingəçevir"də keçirib.
Əkbər Azərbaycanın U-21 millisinin üzvüdür.