A Seriyasında klubunu dəyişdi

Bölmə adı İtaliya
Yayımlandı Dünən, 22:58

“Yuventus” yarımmüdafiəçisi Vasiliye Adjiçi icarəyə verib.

Sport1.az xəbər verir ki, 20 yaşlı monteneqrolu futbolçu mövsümün sonunadək “Sassuolo”nun formasını geyinəcək.

Razılığa əsasən, “Sassuolo” icarə üçün Turin klubuna 500 min avro ödəyəcək. Müqavilədə 12 milyon avroya satınalma hüququ yer alıb. “Yuventus” isə 13,7 milyon avroya futbolçunu geri almaq hüququnu özündə saxlayıb.

Qeyd edək ki, Vasiliye Adjiç ötən mövsüm A Seriyasında 10 oyunda meydana çıxıb və 1 qola imza atıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR