"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdırsa, "Tvente" (Niderland) - DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Turnirdə pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.