"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sport1.az xəbər verir ki, "bayquşlar" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"a uduzsa, Avroliqanın pley-off raundunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri 27-də keçiriləcək.