SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Sport1.az xəbər verir ki, püşk zamanı yarışın III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gəlib.
Bu cütlük səpələnməmişlər səbətində yer alıb.
Rəqib səpələnmişlər səbətində yer alan "Hapoel" (Beer-Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi olub.
“Sabah” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.
Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək