Bundesliqadan A Seriyasına - RƏSMİ

Bölmə adı İtaliya
Yayımlandı 2-08-2026, 20:17

İtaliyanın "Yuventus" klubu Kerim Alaybeqoviçin transferini rəsmən açıqlayıb.

Sport1.az xəbər verir ki, Turin təmsilçisi 18 yaşlı bosniyalı cinah oyunçusu ilə 5 illik müqavilə imzalayıb.

"Yuventus" daha əvvəl Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə futbolçunun transferi barədə razılıq əldə etmişdi. Məlumata görə, keçid üçün 33 milyon avro əsas məbləğ, 2 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Kerim Alaybeqoviç ötən mövsümü icarə əsasında Avstriyanın "Zaltsburq" klubunda keçirib. O, bütün turnirlərdə 39 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə verib və Bosniya və Herseqovina millisinin əsas üzvüdür.

Müəllif: Cahan