SON DƏQİQƏ
“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Florensiya təmsilçisi Türkiyənin “Trabzonspor” klubundan Krist İnao Ulayini transfer edib.
Fildişi Sahili millisinin 20 yaşlı yarımmüdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Fiorentina” bu keçid üçün “Trabzonspor”a 26 milyon avro ödəyib.
Qeyd edək ki, Ulayi ötən il Fransanın “Bastiya” klubundan “Trabzonspor”a 9,6 milyon avro qarşılığında transfer olunmuşdu.