son dəqiqə SON DƏQİQƏ
Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - Premyer Liqa klublarının yay transferləri ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır"

Ramiz Məmmədov: "Doğma komandamdan ayrılmaq mənim üçün çox çətin oldu"

Bölmə adı Futbol / I Liqa
Yayımlandı 10-07-2026, 19:15

"Karvan-Yevlax"ın baş məşqçisi Ramiz Məmmədov doğma "Mingəçevir"lə vidalaşıb.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək klubda keçirdiyi bir ili xoş xatirələrlə xatırladığını bildirib.


"Doğma "Mingəçevir"dən ayrılmaq mənim üçün çox çətin olsa da, geridə qalan bir il ərzində xoş izlər qaldı. Bu müddətdə bizdən dəstəyini əsirgəməyən hər kəsə – başda klub rəhbərliyinə, çiyin-çiyinə çalışdığım məşqçilər heyətinə, meydanda hər matçda can qoyan futbolçularımıza və klubun görünməz qəhrəmanları olan inzibati heyətə sonsuz minnətdarlığımı bildirirəm.


Xüsusi təşəkkürüm isə bizi heç bir oyunda tək qoymayan, həm ev, həm də səfər matçlarında komandanın yanında olan fanklubumuza və bütün Mingəçevir azarkeşlərinədir. Sizin tribunadakı dəstəyiniz və sonsuz sevginiz hər zaman bizə güc verdi.


"Mingəçevir"in bir hissəsi olmaq mənim üçün böyük şərəf idi və burada keçirdiyim hər bir anı həmişə minnətdarlıqla xatırlayacağam. Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdır və mənim üçün bu şəhərin, bu klubun yeri hər zaman xüsusi olaraq qalacaq.


Doğma komandama gələcək yolda uğurlar arzulayıram. Hər şey üçün təşəkkürlər!".


Qeyd edək ki, Ramiz Məmmədov yeni mövsümdən etibarən "Karvan-Yevlax"ın baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR