son dəqiqə SON DƏQİQƏ
Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi

Elmar Baxşıyev: "İkili standart hiss olunur, komandama qarşı antipatiya var"

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 23-04-2025, 19:22

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

Ağır oyun alındı. Bizi nə gözlədiyini bilirdik. İlk oyunda qələbə qazansaq da ikincinin daha çətin olacağını hamı bilirdi. İki fərqli hissə oynadıq. İkinci yarıda oyunun ritmini itirdikdən sonra “Qarabağ” üstünlüyü ələ aldı.

Siz tez müdafiəyə çəkildiz, yoxsa “Qarabağ” sizi buna məcbur etdi?
Komandanın daha çox hücumda olmasını istəyirdim. Amma “Qarabağ” səviyyə olaraq, klub olaraq bizdən üstündür. Lakin düşünürəm ki, oyunu çevirə bilərdik. İlk hissədə epizodlarımız oldu. Elə 25-ci dəqiqədə olan epizoda baxsaq qırmızı vərəqə verilməli idi. Amma hakim fərqli qərar verdi. Sonra biz hücuma çıxanda hakim səhv qərar verdi. Ümid edirəm ki, “Araz-Naxçıvan”a qarşı bu ikili standartlar dayanar. Komandama qarşı antipatiya hiss edirəm.

Bu antipatiyanın səbəbi nədir?
Onu düşünsəm, işimdən uzaq qalaram. Amma bu hiss olunur.

Bu antipatiya sizə qarşıdır, yoxsa kluba?
Əgər məşqçiylə mübarizə aparırlarsa, bu, ayıbdır. Hücuma çıxanda rəqibin əlinə dəyir, amma hakimin cavabı olur ki, sürüşdü.

Ümumiyyətlə, finala çıxmaq üçün heyətiniz kasad deyil?
Kasad deyil. Amma indiki durumda zədəli və cəzalı futbolçularımız olduğundan sıxıntı yaşadıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR