son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Harri Keyn gələcəyinə aydınlıq gətirdi

Bölmə adı Futbol
Yayımlandı 30-06-2026, 12:02

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn karyerası ilə bağlı yekun qərarını verib.


Sport1.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 


32 yaşlı forvardın Almaniya nəhəngi ilə yeni müqavilə imzalayacağı gözlənilir.



Son günlər adı "Barselona" ilə yanaşı çəkilən ulduz futbolçu Münhendə xoşbəxt olduğunu bildirib. Kataloniya təmsilçisi futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq onun durumunu öyrənsə də, Keyn hazırda komandadan ayrılmaq niyyətində olmadığını qarşı tərəfə çatdırıb.


Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında 100 milyon avrodan çox məbləğ qarşılığında "Tottenhem"dən "Bavariya"ya transfer olunub. O, geridə qalan 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR