son dəqiqə SON DƏQİQƏ
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə

Mahir Emreli: "Bu, cəhənnəmə bənzəyirdi"

Bölmə adı Futbol
Yayımlandı 23-04-2025, 12:45

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli klubu "Nürnberq"in heyətində son 2 oyunda 3 qol vurması barədə danışıb.

Sport1.az xəbər verir ki, o, 29-cu turda "Kayzerlautern"lə matçda (1:2) bir, 30-cu turda "Paderborn"la görüşdə (2:3) isə iki qolun müəllifi olub. 27 yaşlı futbolçu hər iki matçda əsas heyətdə meydana çıxıb.

Emreli Almaniyanın "Clubfokus" nəşrinə müsahibəsində bu oyunlarda qol vurmasına baxmayaraq, təvazökar fikirlər səsləndirib: "Məni təbrik etmək üçün əsas yoxdur. Çünki xalsız qaldıq və sevinə bilmirik".

Nəşr yazır ki, Mahir topu özündə çox saxlamağı və hücumun dərinliyinə qədər getməyi xoşlayan oyunçudur. Amma "Paderborn"la oyunda bu, onun üçün demək olar qadağan olunmuşdu. Çünki yeganə hücumçu kimi oynayırdı. Emreli bu haqda danışarkən deyib: "Topu tez-tez almamaq cəhənnəmə bənzəyirdi. Amma əlbəttə, mən məşqçilərin tapşırıqlarına əməl edirdim".

Emreli Almaniya təmsilçisi "Herta"nın onunla maraqlanması və "Nürnberq"dəki gələcək karyerası barədə suala belə cavab verib: "Mən həqiqətən öz gələcəyim haqda heç nə bilmirəm. İndi tam olaraq qarşıdakı matçlara köklənmişəm və bütün gücümü ortaya qoymağa çalışıram. Mən göstərmək istəyirəm ki, nəyə görə buradayam".

Yayda "Nürnberq"lə müqaviləsi başa çatacaq futbolçu danışıqlar getdiyini deyib: "Amma bu, mənim işim deyil. Bunun üçün agentlər var. Onlar öz işini meydandan kənarda, mən isə meydanda görürəm".

Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"in heyətində Almaniya 2-ci bundesliqasında 20 oyuna 6 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə kubok matçında fərqlənib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR