
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama matçına çıxıb.
Sport1.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gəlib.
Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, "bayquşlar" iyunun 28-də "Ferensvaroş", iyulun 2-də isə "Polessye" ilə qarşılaşacaq.