son dəqiqə SON DƏQİQƏ
Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq

Hindistanlı şahmatçı Bakıdakı turnirə gəlməyəcək

Bölmə adı Şahmat
Yayımlandı 22-04-2025, 15:15

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirin heyətində dəyişiklik baş verib.

Sport1.az xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib.

Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
aprelin 28-dən 30-dək Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR