son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Təəssüf ki, növbəti mərhələyə çıxa bilmədik"

Bölmə adı Futbol / Azərbaycan / Manşet
Yayımlandı 10-06-2026, 09:50

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniya yığmasına qarşı keçirilən ​oyundan sonra fikirlərini bildirib.


Sport1.az AFFA-ya istinadən xəbər verir ki, Əsgərov səfərdəki qalibiyyəti bu cür şərh edib:


"Futbolçuların çətin və ağır oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşmışdılar. Baxmayaraq ki, qızlarımız çətin oyundan çıxmış və uzun yol gəlmişdilər, biz onları qarşılaşmaya qədər bərpa edib oyuna kökləyə bildik. Macarıstanla görüşün nəticəsi psixoloji baxımdan komandaya təsir etmişdi. Həmin oyunun sonunda bir xal qazana bilərdik, lakin təəssüf ki, bunu bacarmadıq. Bu da, komandaya mənfi təsir göstərmişdi.


Bugünkü oyuna gəlincə, komanda yaxşı motivasiya olunmuşdu. İlk dəqiqələrdən hər nüansa nəzarət edirdik. Məşq prosesində üzərində işlədiyimiz plana uyğun hərəkət etdik və bunun nəticəsini də gördük. Təəssüf ki, müdafiə xəttində buraxdığımız səhvdən sonra qol buraxdıq. Buna baxmayaraq, komandanı və qızlarımızı təbrik edirəm.


İstər bu mövsüm, istərsə də, son bir ildə qızlar həqiqətən möhtəşəm işlər görürlər. Bu oyun haqqında onu deyə bilərəm ki, qızlar çox gözəl çıxış etdilər. Sonda da, gözəl qələbə qazandıq. Təəssüf ki, qrupda 12 xal toplasaq da, reqlamentə uyğun olaraq, növbəti mərhələyə çıxa bilmədik. Bu, bizi çox üzür. Lakin bizim üçün son deyil. Biz hər zaman irəli baxırıq. Bu mövsüm bizə çox dəyərli təcrübələr qazandırdı, həmçinin komandaya yeni oyunçular qoşuldu. Bu da bizim üçün ən yadda qalan məqamlardan biridir.


İndi önümüzə baxmalıyıq. Qarşıda Millətlər Liqasının püşkatması olacaq. Püşkatmadan sonra həmin oyunlara hazırlaşmağa başlayacağıq".

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR